Ukraynanın Donetsk vilayətində kömür şaxtasında baş vermiş qəza nəticəsində 6 nəfər ölüb

Ukraynanın Donetsk vilayətində kömür şaxtasında baş vermiş qəza nəticəsində 6 nəfər ölüb
# 18 fevral 2014 00:45 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Donetsk vilayətində yerləşən “Severnaya” daş kömür şaxtasında baş vermiş qəza nəticəsində 6 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, qəza ötən gün 22.47-də baş verib, nəticədə 6 mədən fəhləsi ölümcül xəsarət alıb, daha 5 fəhlə xəstəxanaya yerləşdirilib. Qeyd olunan şaxtada hərbiləşdirilmiş dağ-xilasetmə xidmətinin əməkdaşları çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR