İran XİN: Malayziyanın itkin düşmüş sərnişin təyyarəsində iki iranlı da var

İran XİN: Malayziyanın itkin düşmüş sərnişin təyyarəsində iki iranlı da var
# 11 mart 2014 10:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Biz radarlardan itərək yoxa çıxmış “Malaysia Airlines” hava yolları şirkətinə məxsus “Boenig 777-200” sərnişin təyyarəsində iki iranlının da olduğu xəbərini almışıq”.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, İran hökuməti məsələni araşdırır: “Artıq İranın Malayziyadakı səfirliyi bununla bağlı xəbərdar edilib. Onlar da Malayziya rəsmilərindən bu məsələ ilə bağlı əlavə məlumat almağa çalışırlar. Hazırda biz daha çox məlumat əldə etməyə çalışırıq”.

Qeyd edək ki, Malayziya sərnişin təyyarəsi Kamau burnunun şimal-qərbində yerləşən Vyetnamın Txo-Çu adasından 153 mil məsafədə düşüb. Malayziyanın paytaxtı Kuala-Lumpurdan Pekinə uçan və göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olan “Boeing” təyyarəsi martın 8-də Malayziya vaxtı ilə saat 02:40-da radarların ekranlarından itib. “Malaysia Airlines” hava yolları şirkətinin məlumatına görə, təyyarədəki 227 sərnişindən 153-ü Çin, 38 nəfəri Malayziya, 12-si İndoneziya, 7-si Avstraliya, 4-ü ABŞ, 3-ü Fransa vətəndaşı olub. Bundan əlavə, təyyarədə hər birindən iki nəfər olmaqla Yeni Zelandiya, Ukrayna və Kanada, hər birindən bir nəfər olmaqla Rusiya, Tayvan, İtaliya, Niderland və Avstriya vətəndaşları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR