“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının təqdimatı keçirilib - FOTO

“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 04 mart 2014 14:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” adlı monoqrafiyasının nəşr olunmuş I cildi AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna daxil olub. Mərkəzi Elmi Kitabxanadan APA-ya verilən xəbərə görə, fonda daxil olan kitabın, MEK-in Heydər Əliyev İrsinin Təbliği Şöbəsində təqdimatı keçirilib. Tədbirdə çıxış edən şöbə müdiri Gülşən Əliyeva bildirib ki, Heydər Əliyevin çıxış və nitqlərinin araşdırılması bu gün də aktuallığını qoruyub saxlamaqdadır.

Şöbənin əməkdaşı Aytən Qəzənfərqızı filologiya elmləri doktoru Məsud Mahmudovun elmi redaktorluğu ilə çap olunan monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Heydər Əliyevin nitq və çıxışlarının kompleks şəkildə araşdırıldığını bildirib. Həmçinin, kitabda Heydər Əliyev nitqində girişlər və sonluqlar, fəlsəfilik, səmimiyyət, qətiyyət, nikbinlik, poetizm, proqnozlar kimi elementlər, eləcə də onun fərdi üslubunun dərindən tədqiq edildiyini deyən şöbə əməkdaşı, monoqrafiyanın siyasət, dilçilik, diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrdə fəaliyyət göstərən və təhsil alanlar üçün dəyərli vəsait olduğunu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR