Krım Tatarları Məclisi: “Kirov hərbi aerodromu zəbt edilib”

Krım Tatarları Məclisi: “Kirov hərbi aerodromu zəbt edilib”
# 01 mart 2014 01:58 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bunu özünün Facebook səhifəsində Krım Tatarları Məclisinin mətbuat katibi Lilya Müslümova bəyan edib.

“Kirov regional Məclisinin başçısı Əkrəm Əbdulvapov Kirov hərbi aerodromunun zəbt edilməsi xəbərini telefon vasitəsilə çatdırıb. Əraziyə içində əsgərlərlə dolu 16 hərbi yük maşını yeridilib. Yük maşınlarını 2-3 “Hummer” zirehli avtomobili müşayiət edib” – L.Müslümova qeyd edib.

UNİAN-ın mənbəyinə əsasən isə, gecə saatlarında sayca 30 zirehli hərbi və yük maşını Simferopol yaxınlığındakı şosedə müşayiət edilib. Hərbi texnikanın Krımın cənubuna istiqamətlənməsi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR