Con Kerri Rusiyanı Ukraynanın yeni hakimiyyəti ilə danışıqlara çağırıb

Con Kerri Rusiyanı Ukraynanın yeni hakimiyyəti ilə danışıqlara çağırıb
# 04 mart 2014 21:02 (UTC +04:00)

Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

“Biz hesab edirik ki, Rusiya və bizim hamımız üçün böhrandan çıxmağa və diplomatik dialoqu bərpa etməyə kömək edə biləcək çoxlu variantlar var. Biz Rusiyanı danışıqlar masasına əyləşərək Ukrayna hökuməti ilə birbaşa danışıqlara başlamağa çağırırıq. Mən əminəm ki, bu danışıqlar bütün ziddiyyətləri aradan qaldırmağa kömək edəcək”, deyə Kerri bildirib.

Bundan başqa, Kerri ABŞ-ın Rusiyanın Ukraynadakı maraqlarını tanıdığını qeyd edib. O, Ukraynadakı Rusiya vətəndaşlarının maraqlarının qorunması üçün diplomatik dialoqdan istifadə etməyə çağırıb.

“Əgər siz öz vətəndaşlarınızın aqibətindən narahatsınızsa hökumətə, BMT-yə və ya hüquq müdafiəsi təşkilatlarına müraciət edin”, deyə Kerri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR