Bakıda özünü yandırmaq istəyən şəxsin kimliyi məlum olub - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda özünü yandırmaq istəyən şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 aprel 2014 10:18 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində intihara cəhd edən şəxsin Şükür Məmməd oğlu Məlikov olması müəyyən edilib.

Ş. Məlikov ilkin ifadəsində Yasamal Rayon Polis İdarəsindən şikayətçi olduğu üçün bu addımı atdığını qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 12.55

Bakı. Anaxanım Hidayətova, Hafiz Heydərov - APA. Bakıda intihara cəhd edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında qeydə alınıb.

45-50 yaşlı kişi üstünə benzin tökərək özünü yandırmaq istəyib. Lakin ərazidə xidmət aparan polis əməkdaşları onu fikrindən yayındırmağa nail olublar.

Səbail rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, intihara cəhd edən şəxs artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR