Mərdəkanda baş verən yol qəzasında sürücü maşında yanaraq ölüb - FOTO - VİDEO

Mərdəkanda baş verən yol qəzasında sürücü maşında yanaraq ölüb  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 iyun 2014 20:01 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Mərdəkan-Şaqan yolunda baş verib. Qəza zamanı “VAZ 2106” və “ZİL” markalı yük maşını toqquşub.

Zərbənin təsirindən “ZİL”in yanacaq çənindən axan dizel yanacağı “VAZ 2106”ın üzərinə axıb. Nəticədə minik avtomobili yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırılıb. Olay yerinə gələn xilasedicilər “VAZ 2106” da yanan 27 yaşlı Abbasov Mirrəşid Mircəlal oğlunun meyitini aşkarlayıblar.

Polis əməkdaşlarının hadisə yerində apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, “ZİL”i idarə edən, 28 yaşlı Famil Cəfərov köməkçi yoldan əsas yola çıxırmış. Bu zaman Mirrəşid Abbasov gözləmə nişanının tələbini pozaraq avtomobilini “ZİL”ə çırpıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR