Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 100 əlilə avtomobil verib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 100 əlilə avtomobil verib - <span style="color: red;">FOTO
# 14 may 2014 09:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə “Naz-Lifan” markalı minik avtomobilləri təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq növbədə olan 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 500 nəfəri avtomobillə təmin edilib. Növbədə dayanan digər əlillərinin avtomobillə təminatı bu ayın sonunadək tam başa çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR