Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib
# 14 mart 2014 15:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Martın 14-də Dövlət Film Fondunda Azərbaycanın xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə ziyalılar, kino xadimləri, L. Abdullayevin ailə üzvləri iştirak ediblər.

Kinoşünas Aydın Kazımzadə, rejissorlar Cəmil Quliyev, Ayaz Salayev, aktrisa Tamara Gözəlova L. Abdullayevin keçdiyi həyat yolu, teatr və kinoda yaratdığı rollardan danışıblar. Yubiley tədbirində L. Abdullayevin həyat və səhnə yolunu əks etdirən sərgi və “İkinci ömür” adlı film nümayiş olunub.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR