Balakəndə taxıl anbarında yanğın olub

Balakəndə taxıl anbarında yanğın olub
# 16 may 2014 12:25 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə taxıl saxlamaq üçün istifadə olunan anbarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən şəhərində İmran Muradova məxsus, ümumi sahəsi 1100 kv/m olan anbarda yanğın baş verib.

Hadisə yerinə FHN-in Balakən rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Anbarda baş vermiş yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 160 kv/m və binanın ətrafında 250 kv/m sahədə kol-kos yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın baş verən zaman binanın içərisi boş olub. Anbardan taxıl biçimi vaxtı taxıl saxlamaq üçün istifadə edilirdi. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR