Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarını təltif edib - SİYAHI

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarını təltif edib - <span style="color: red;">SİYAHI
# 16 may 2014 16:11 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan xalqının mədəni irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aşağıdakı əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib:

Abdullayev Fikrət Fail oğlu
Əliyeva Gülnar Ələkbər qızı
Məmmədova Sevil Məmmədxan qızı
Məmmədova Svetlana Lətif qızı
Mirzəyeva Səadət Məmmədəli qızı
Rzayeva Rəna Fərid qızı.

Dövlət başçısının digər sərəncamı ilə “İçərişəhər” Dövlət

Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları təltif edilib:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Quliyev Anar Adil oğlu
Primov Eldar Əskər oğlu

“Tərəqqi” medalı ilə

Cəfərova Reyhan Ələsgər qızı
Kazımova Esmira Zeynal qızı
Rüstəmov Teymur Aslan oğlu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR