İranda daha bir həbsxanada toqquşma baş verib

İranda daha bir həbsxanada toqquşma baş verib
# 29 aprel 2014 10:13 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda daha bir həbsxanada toqquşma baş verib.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, hadisə aprelin 28-də günortadan sonra Tehran şəhərinin yaxınlığındakı Vəramin rayonunun Qərçək zindanında qadın məhbusların saxlanıldığı korpusda olub.

Belə ki, həbsxana məmurlarının həyata keçirdiyi yoxlama zamanı qadın məhbusların sərt şəkildə döyüldüyü və onlardan bəzilərinin yaralandığı bildirilir. Bu yoxlamanın bəzi məhbusların gizlətdikləri siqaretlərə görə həyata keçirildiyi qeyd edilib. Sonda həbsxana rəsmilərinin məhbuslara siqaret çəkməyi qadağan etdiyi vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR