Slavyanskda saxlanılan Saymon Ostrovski sərbəst buraxılıb

Slavyanskda saxlanılan Saymon Ostrovski sərbəst buraxılıb
# 24 aprel 2014 20:28 (UTC +04:00)

Bakı-APA. Slavyanskda Rusiya yönümlü silahlılar tərəfindən saxlanılan Saymon Ostrovski sərbəst buraxılıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

“Ukraynanın şərqində saxlanılan Vice News xəbər portalının müxbiri, amerikalı jurnalist Saymon Ostrovski azad olunub”, deyə agentliyin məlumatında bildirilir.

Qeyd edək ki, ABŞ və İsrail vətəndaşı olan Saymon Ostrovski bir neçə gün əvvəl Slavyanskda Rusiya yönümlü silahlı şəxslər tərəfindən saxlanılmışdı.

ABŞ Dövlət Departamenti jurnalistin saxlanılmasına sərt reaksiya verərək, onun dərhal sərbəst buraxılmasını tələb etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR