Azərbaycanın dövlət qulluğunda Avropa Birliyi məsələlərinə aid təlim sisteminə dəstək layihəsinin rəsmi açılışı keçirilib - FOTOSESSİYA

Azərbaycanın dövlət qulluğunda Avropa Birliyi məsələlərinə aid təlim sisteminə dəstək layihəsinin rəsmi açılışı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 09 aprel 2014 09:05 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. ADA Universitetində 2 illik “Azərbaycan Respublikasında dövlət qulluğunda Avropa Birliyi məsələlərinə aid təlim sisteminə dəstək və AB məsələləri üzrə mərkəzin yaradılması” adlı layihənin rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, AB-nin Azərbaycandakı səfiri Malena Mard, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan H. Paşayev qeyd edib ki, bu layihə AB ilə Azərbaycan arasında uzun davam edən danışıqların və müzakirələrin nəticəsində yaranıb. Proqramın müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əmin olduğunu bildirən H. Paşayev gələcəkdə ADA Universitetində AB üzrə magistratura təşkil etmək niyyətində olduqlarını diqqətə çatdırıb: “ADA Universitetində ictimai əlaqələr və beynəlxalq əlaqələr üzrə magistraturalar mövcuddur. Gələcəkdə elə mütəxəssislər hazırlaya bilməliyik ki, Azərbaycan ilə Avropa Birliyi arasındakı genişlənən əməkdaşlığa hazır olsunlar”.

Daha sonra çıxış edən M. Mard layihənin Azərbaycan ilə AB arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyini söyləyib. ADA Universitetinin bu layihənin yerinə yetirilməsində xüsusi rolunun olduğunu deyən AB rəsmisi layihənin müsbət nəticələr verəcəyinə əmin olduğunu vurğulayıb: “Biz inanırıq ki, bu proqram ümumilikdə Azərbaycanla AB arasında münasibətləri daha da güclənəcək və inkişaf etdirəcək”.

Daha sonra çıxış edənlər də layihənin əhəmiyyətindən danışaraq bunun AB ilə Azərbaycan arasında əməkdaşlığa müsbət təsir edəcəyini bildiriblər.

Tədbir çərçivəsində, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Avropa Kolleci ilə anlaşma memorandumları imzalanıb.

Qeyd edək ki, layihə Belçikanın Avropa Kolleci ilə birlikdə, Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində dövlət qulluqçularına təlimlər verilməklə yanaşı, ADA-da Avropa Birliyi üzrə magistratura proqramının yaradılması, Azərbaycan-AB əlaqələrinə həsr olunmuş üç konfransın təşkili, kitabxana yaradılması, ADA-nın professor və müəllim heyətinin Avropa universitetlərinə səfərləri, tələbə mübadiləsi, təlimçilər üçün təlim proqramlarının keçirilməsi, o cümlədən tədris proqramının təkmilləşdirilməsi kimi işlər nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR