ARDNF-nin 2001-2013 illərdəki daxilolmalarının həcmi 101 mlrd. dollar təşkil edib

ARDNF-nin 2001-2013 illərdəki daxilolmalarının həcmi 101 mlrd. dollar təşkil edib
# 04 iyun 2014 10:26 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bu barədə ARDNF-nin illik hesabatında yer alan məlumatda bildirilir.

Daxilolmaların 64%-i istifadə olunduğu halda, 36%-i yığıma yönəlib.

Ötən il ARDNF daxil olan vəsaitlərin həcmi 17 mlrd. 329,2 mln. manat olub ki, ondan 9,5%-i yığıma yönəlib.

Bundan başqa, 2012-ci fonda daxil olan vəsaitlərin həcmi 17 mlrd. 405,4 mln. təşkil edib ki, ondan 24,9%-i yığıma yönəlib.

Hesabatda bildirilir ki, 2003-2013 illərdə ARDNF-dən dövlət büdcəsinə yönələn transfertlərin həcmi 46,435 mlrd. manat, o cümlədən 2013-cü ildə 11,35 mlrd. dollar təşkil edib.

Ötən ilin sonuna ARDNF-nin aktivləri 5,12% artaraq 35 mlrd. 877,5 mln. manat təşkil edib. Onu da qeyd edək ki, aktivlərin 90% yüksək gəlirli qiymətli kağızların payına düşür.

Ötən il ARDNF-nin investisiya portfelinin gəlirliliyi 1,77% təşkil etdiyi halda, son 7 ildə portfelin orta gəlirliliyi 2,46-ya bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR