Azərbaycan prezidenti “Aqrolizinq” ASC-yə 13,5 milyon manat ayırıb

Azərbaycan prezidenti “Aqrolizinq” ASC-yə 13,5 milyon manat ayırıb
# 06 iyun 2014 15:38 (UTC +04:00)

APA-nın məlumatına görə, sərəncama əsasən, prezidentin ehtiyat fondundan xaricdən damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması üçün “Aqrolizinq” ASC-yə 13,5 milyon manat, habelə Süni Mayalama Mərkəzinin yenidən qurulması və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə 1,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR