Silahlı birləşmələrin və DİN-in sıravi və rəis heyəti üçün ərzaq payı normaları dəyişdirilib

Silahlı birləşmələrin və DİN-in sıravi və rəis heyəti üçün ərzaq payı normaları dəyişdirilib
# 05 iyun 2014 13:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Silahlı Qüvvələrin, Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşunları və Daxili İşlər Nazirliyinin sıravi və rəis heyəti üçün quru ərzaq payı normaları ilə bağlıdır.

Dəyişikliyə əsasən 1 nəfər gündəlik ərzaq normasına 150 qr ciyər paşteti və 100 qram qatılaşdırılmış şəkərli süd əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR