Azərbaycanın müdafiə naziri Respublika günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

Azərbaycanın müdafiə naziri Respublika günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib
# 27 may 2014 09:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 28 May - Respublika günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təbrikdə qeyd olunub ki, şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası qısa müddət ərzində mövcud olsa da, onun varlığı dövlətçilik tariximizdə böyük tarixi əhəmiyyətə malikdir.

«İnanıram ki, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq, Vətənə, xalqa, dövlətə sədaqətlə qulluq edəcək, işğal altında olan ərazilərimizin azad edilməsinə hər an hazır olacaqsınız. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram», - deyə təbrikdə qeyd olunub.

Müdafiə naziri inkişaf tempinə görə Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına yüksəldiyini, əhalinin maddi-sosial şəraiti daha da yaxşılaşdığını, respublikanın müdafiə qüdrətini daha da artıraraq regionda lider dövlətə çevrildiyini bildirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR