Gəncədə aptekdən oğurluq edən şəxs saxlanılıb

Gəncədə aptekdən oğurluq edən şəxs saxlanılıb
# 27 mart 2014 10:25 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə aptekdən pul oğurlayan 25 yaşlı oğlan saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Heydər Əliyev prospektində yerləşən apteklərin birindən 185 manat nəğd pul oğurlayan Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Elvin Məmmədov saxlanılıb.

Əvvəllər Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) maddəsi ilə məhkumluq həyatı yaşayan E.Məmmədov barəsində cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR