Ağcabədidə uçmaq təhlükəsi ilə üzləşən körpüdə təmir işləri başlayıb - FOTO

Ağcabədidə uçmaq təhlükəsi ilə üzləşən körpüdə təmir işləri başlayıb - <span style="color: red;">FOTO
# 05 mart 2014 15:27 (UTC +04:00)

Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi rayonunda Qarqar çayının üzərində, Ağdam-Ağcabədi magistral yolunun 42-ci kilometrliyində uçmaq təhlükəsi ilə üzləşən körpüdə təmir işlərinə başlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi və 33 saylı Ağcabədi Yol İstismar İdarəsinin mütəxəssisləri sözügedən körpüdən ağır tonnajlı yük avtomobillərinin hərəkətini məhdudlaşdırıblar.

Qeyd edək ki, qurğunun torpaq səddinin yuyulmasının qarşısını alan dəmir-beton konstruksiyalı dayaqlardan birinin çökməsi üzündən körpü yararsız hala düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR