Ötən ay Azərbaycanda sənayenin qeyri-neft sektorunda istehsal 6% artıb

Ötən ay Azərbaycanda sənayenin qeyri-neft sektorunda istehsal 6% artıb
# 17 fevral 2014 09:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda sənayenin təsərrüfat subyektləri tərəfindən 2,8 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 72,7%-i istehsal olunmuş mədənçıxarma bölməsində 3,6 mln. ton neft, 1,6 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 19,7%-ni təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 7,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar ayının səviyyəsini 5,6% üstələyib, neft-qaz sektorunda isə 5,2% azalıb. Ümumi sənaye istehsalının 93,9%-i malların (əmtəələrin), 6,1%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 81,9%-i özəl bölmədə istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR