Lənkəranda 16 mənzilli yaşayış binasında yanğın olub - VİDEO

Lənkəranda 16 mənzilli yaşayış binasında yanğın olub - <span style="color: red;">VİDEO
# 19 fevral 2014 14:13 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda 16 mənzilli yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə fevralın 19-da saat 15.00 radələrində şəhərin Nizami küçəsindəki ikimərtəbəli binada qeydə alınıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri ilə yanğın söndürülməklə onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində 500 kvadratmetrlik yaşayış evinin çardaq hissəsinin 15 kvadrat metr ərazisi yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. İkin versiya kimi yanğına elektrik naqillərində qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR