Ceyhun Osmanlı İqbal Ağazadənin ittihamlarına cavab verib: “Deputatlıq onun kimi qalstuk taxıb toylara getməkdən ibarət deyil”

Ceyhun Osmanlı İqbal Ağazadənin ittihamlarına cavab verib: “Deputatlıq onun kimi qalstuk taxıb toylara getməkdən ibarət deyil”
# 25 fevral 2014 12:13 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında millət vəkili Ceyhun Osmanlı deputat həmkarı iqbal Ağazadənin ittihamlarına münasibət bildirərkən deyib.

O, İ. Ağazadənin dediklərinin mənəvi tərəfinin onun öz işi olduğunu bildirib: “Bəlkə də Xədicə İsmayıl İqbal Ağazadənin qohumudur. Fikir versəniz, görərsiniz ki, zahiri görünüşləri də bir-birinə oxşayır. Bəlkə də onun ideoloqudur. Amma əgər deputat Milli Məclisdəki çıxışında qeyd etdiyi kimi, eybəcərlik axtarışına çıxıbsa, təklif edirəm ki, çox uzağa getməsin və özünə ən yaxın olan güzgüyə baxsın. İqbal Ağazadə bilməlidir ki, deputatlıq onun kimi qalstuk taxıb toylara getməkdən ibarət deyil. Deputatlıq ölkənin milli mənafeyi naminə hər cür fədakarlıq edə bilməkdir. Şəhidlərimiz ölkənin müstəqilliyi naminə şəhid olub, ona görə şəhid olmayıblar ki, kimlərsə təslimçilik siyasəti yeritsin. Bədəli nə olmasından asılı olmayaraq, biz ölkəmizin milli mənafeyini qorumalıyıq!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR