Ukraynanın sabiq prezidentləri Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham ediblər - VİDEO

Ukraynanın sabiq prezidentləri Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham ediblər - <span style="color: red;">VİDEO
# 26 fevral 2014 10:05 (UTC +04:00)

Bakı - APA. Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko bəyanatla çıxış ediblər. APA-nın “RBK Ukraina” xəbər saytına istinadən verdiyi məlumata görə, keçmiş prezidentlər Rusiya Federasiyasını Ukraynanın daxili işlərinə qarışmaqda ittiham ediblər.

Bəyanatda deyilir ki, Ukraynadakı qarşıdurmanı siyasi yolla həll etmək istəyən beynəlxalq tərəfdaşları Ukraynanın daxili işlərinə müdaxilədə ittiham edən Rusiya indi özü Krımın siyasi həyatına birbaşa müdaxiləyə əl atıb: “Rusiya Dövlət Dumasının təmsilçilərinin Kırımın Rusiyaya birləşdirilməsi haqqında referendum keçirilməsi və ya Krım Muxtar Respublikası Ali Soveti tərəfindən müvafiq müraciətin edilməsi ideyasını səsləndirmələri Ukraynanın Konstitusiya quruluşunun dağıdılması və ərazi bütövlüyünün pozulmasına çağırış kimi pislənilməlidir”.

Sabiq dövlət başçıları Ukraynanın federallaşması ssenarisinin təhlükəli olduğunu vurğulayıblar: “Bu, siyasi böhranın dərinləşməsinə, Krımda siyasi düşmənçiliyin qızışdırılmasına və yeni Ukrayna hakimiyyətinin diskreditasiyasına səbəb ola bilər”.

Kravçuk, Kuçma və Yuşşenko Ukrayna Təhlükəsizlik Xidmətini və Baş Prokurorluğu istənilən separatçı bəyanata sərt reaksiya verməyə çağırıblar: “Kırımın rusdilli əhalisinin hüquqlarının pozulması ilə bağlı spekulyasiyalara, Ukraynanın regionlarının tarixi-mədəni müxtəlifliyini əsas götürərək onlar arasında düşmənçiliyin qızışdırılmasına, Ukrayna dilinin alçaldılmasına və dövlət rəmzlərinə açıq hörmətsizliyə lazımi qiymət verilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR