İranda tanınmış azərbaycanlı fəala həbs cəzası kəsilib

İranda tanınmış azərbaycanlı fəala həbs cəzası kəsilib
# 21 fevral 2014 15:16 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal barəsində məhkəmənin hökmü açıqlanıb.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Təbriz İnqilab Məhkəməsi Əli Cəmşidiyə bir il həbs cəzası kəsib.

Azərbaycanlı fəal yanvarın 25-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində hakim Rəhim Həmlbərin sədrliyi ilə keçirilən prosesdə mühakimə olunub. Əli Cəmşidi hakimiyyətə qarşı təbliğat aparmaqda və İranın ali dini lideri ayətullah Əli Xamneyini təhqir etməkdə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR