Azərbaycan və Türkiyə arasında elm və texnologiya üzrə müsabiqə elan olunub

Azərbaycan və Türkiyə arasında elm və texnologiya üzrə müsabiqə elan olunub
# 03 mart 2014 16:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan və Türkiyə arasında elm və texnologiya sahəsində birgə tədqiqat və layihələrin işlənməsi ilə bağlı təkliflərin verilməsi üçün müsabiqə elan olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013-cü ilin noyabr ayında prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elm və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb. Protokola əsasən Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi AMEA, Türkiyə tərəfindən isə TÜBİTAK müəyyən edilib.

Sənədə əsasən, AMEA-nın elmi müəssisələri müvafiq olaraq öz tərəfdaş təşkilatını müəyyənləşdirməli, qarşılıqlı razılıq əldə etməli və həmin təklif formalarını Azərbaycan və ingilis dillərində cari ilin martın 3-dən iyulun 11-dək AMEA Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir. Sonrakı mərhələdə tədqiqat və layihələr üzrə təkliflərin TÜBİTAK və AMEA tərəfindən qarşılıqlı razılıq əsasında müəyyənləşdirilərək təsdiq edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR