Bəhreyndə kütləvi iğtişaşlar baş verib

Bəhreyndə kütləvi iğtişaşlar baş verib
# 14 fevral 2014 17:39 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Manamada nümayişçilər və polis arasında toqquşmalar baş verib. Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib, bir neçə nəfərin yaralandığı bildirilir.

Ölkənin müxalifətçi “Əl-Vefaq” partiyası tərəfdarlarını “ərəb baharı”nın üçilliyini qeyd etmək üçün küçələrə çıxmağa çağırıb.

Bir gün əvvəl hüquq mühafizə orqanları 29 nəfəri etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR