Bakıda yaşayış evində baş verən yanğında ölən ana və qızının adı açıqlanıb - YENİLƏNİB

Bakıda yaşayış evində baş verən yanğında ölən ana və qızının adı açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 01 mart 2014 09:24 (UTC +04:00)

Xəzər Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, martın 1-də saat 02 radələrində Xəzər rayonu Türkan qəsəbəsində Tərəvəz İbrahimovanın yaşadığı mənzildə yanğın baş verib.

Nəticədə T. İbrahimova və qızı Samirə Abdullayeva tüstüdən boğularaq ölüblər.

Fakta bağlı araşdırma aparılır.

***

saat 10.05

Bakı – APA. Bakıda dəhşətli yanğın olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı kürsülü evin 1 otağının döşəməsi 2 kv.m sahədə, 1 ədəd divan və 1 ədəd kreslo yanıb.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi tərəfindən onun həyat yoldaşının və qızının meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR