Tovuz və Göygöldə sahibkarlar üçün treninqlər keçirilib

Tovuz və Göygöldə sahibkarlar üçün treninqlər keçirilib
# 21 fevral 2014 08:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Tovuz rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Logistika” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə logistikanın mahiyyəti və məqsədi, növləri, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması və s. barədə ətraflı məlumatlar verilib, “Logistika” mövzusunda təqdimat keçirilib.

Həmin gün Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Göygöl rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib. Tədbirdə “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumatlar verilib.

Tovuz və Göygöldə keçirilmiş treninqlər zamanı sahibkarlara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə geniş məlumat verilib.

Tədbirlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR