Müxtəlif fənlər üzrə 1518 istedadlı şagirdin seçimi aparılıb

Müxtəlif fənlər üzrə 1518 istedadlı şagirdin seçimi aparılıb
# 03 mart 2014 14:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı şəhərindəki ümumtəhsil məktəblərində təhsil alan istedadlı şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə seçim turu keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, seçim turunu keçirməkdə əsas məqsəd istedadlı şagirdlərin aşkara çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsini təmin etməkdən ibarətdir.


Seçim turunda riyaziyyat fənni üzrə 659 nəfər V-X, fizika fənni üzrə 215 nəfər VIII-X, kimya fənni üzrə 199 nəfər VIII-X, biologiya fənni üzrə 210 nəfər VI-X, informatika fənni üzrə 235 nəfər VI-X sinif şagirdi olmaqla, ümumilikdə 1518 nəfər iştirak edib. Seçim turunun tapşırıqları fənn olimpiadaları üzrə münsiflər heyətinin sədr və məsul katibləri tərəfindən hazırlanıb. Seçim turunda daha yaxşı nəticə göstərən şagirdlər arasında təkrar (ikinci) seçimin aparılması nəzərdə tutulub. Ən yüksək nəticə nümayiş etdirən şagirdlər xüsusi olaraq beynəlxalq fənn olimpiadalarına hazırlaşacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR