«Atasığorta» şirkəti nizamnamə kapitalını artırır

«Atasığorta» şirkəti nizamnamə kapitalını artırır
# 27 fevral 2014 11:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «AtaSığorta» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, emissiyanın həcmi 2,4 mln. manat, bir səhmin nominal dəyəri 25 manat təşkil edir.

Bakı Fond Birjasında keçiriləcək yerləşdirmədə anderrayter kimi «Brokdil-Az» MMC çıxış edəcək.

Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 31,5% artaraq 10 mln. manat çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR