Şamaxıda məktəblilər üçün “Əyləncəli elm” adlı tədbir keçirilib - FOTOSESSİYA

Şamaxıda məktəblilər üçün “Əyləncəli elm” adlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 mart 2014 21:42 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyinin birgə təşkilatçılIğı ilə martın 1-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında məktəblilər üçün “Əyləncəli elm” adlı tədbir keçirilib. APA-nın məlumatına görə ümumtəhsil məktəblərinin şagirdlərində elmə marağın artırılması və ilkin elmi dünyagörüşün formalaşdırılması, onların AMEA-nın elmi müəssisə və mərkəzləri, həmçinin aparılan elmi tədqiqatlar barədə məlumatlandırılması məqsədi daşıyan tədbirdə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Eyyub Quliyev, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov elmin populyarlaşdırılması istiqamətində bu cür tədbirlərin böyük önəm daşıdığını vurğulayıb, yeniyetmələrin elmə marağını artırmaq üçün səyləri birləşdirməyin vacib olduğunu bildirib. Şagirdlərə AMEA, onun strukturu, dünya şöhrətli alimləri barədə məlumat verilib, sonra isə gənc alimlər fizika və kimya fənlərinə dair maraqlı əyləncəli təcrübələr nümayiş etdirib, onların elmi izahını veriblər. Bu təcrübələr, elmin məişət və istehsalatdakı rolu barədəki məlumatlar şagirdlərin böyük marağına səbəb olub.

Məqsəd regionlarda məktəblilər arasında kimya, fizika elminin praktiki və nəzəri kütləvi təbliği, ölkədə yetişməkdə olan gənc nəslin elmə marağının artırılmasıdır. Qeyd edək ki, ilk dəfə Şamaxıda əyləncəli elm mövzusunda baş tutan tədbirin bundan sonra digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR