Xaçmazda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub

Xaçmazda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub
# 09 mart 2014 13:36 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz şəhərində mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini Şahin Paşayev martın 7-də tutulub. O, fevralın 24-ü gecə saatlarında Xaçmaz şəhəri 20 Yanvar küçəsində yerləşən, İntiqam Bayramova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinir.

Həmin gecə telefon dükanından müxtəlif markalı 22 telefon və 870 manat pul oğurlanıb.

Qarət nəticəsində vətəndaşa ümumilikdə 2 min manat dəyərində ziyan dəyib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR