Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məqalə müsabiqəsi elan edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məqalə müsabiqəsi elan edib
# 09 aprel 2014 16:40 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Heydər Əliyevin xatirəsinə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edib.

Komitədən APA-ya verilən məlumata görə, müsabiqədə yaşı 35-ə qədər olan gənc jurnalistlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər aprelin 30-dək məqalələrini və özləri haqqında məlumatı [email protected] elektron ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim olunacaq məqalələr Arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır. Müsabiqənin qalibləri mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR