Gəncədə Xocalıdan olan məcburi köçkünlərlə görüş keçirilib

Gəncədə Xocalıdan olan məcburi köçkünlərlə görüş keçirilib
# 26 fevral 2014 12:00 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Xocalı faciəsinin 22-ci ildönümü Gəncə şəhərində də anılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Hacıkənd qəsəbəsində Xocalıdan olan məcburi köçkünlərlə görüş keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ziyalıları iştirak edib. Mərasimdə Xocalı faciəsi barədə danışılıb və tarixdə misli görünməmiş qəddarlıqla törədilən Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasının vacibliyi bir daha vurğulanıb. Daha sonra Xocalıdan olan məcburi köçkünlərin övladları bədii kompozisiya ilə çıxış edib.

Hacıkənd qəsəbəsində Xocalıda şəhid olanların ruhuna hörmət əlaməti olaraq Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ehsan süfrəsi açılıb. Xocalı sakinləri ilə görüşən İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıq qəbul keçirib, məcburi köçkünlərin şikayətləri dinlənilib və aidiyyatı orqanlara tapşırıqlar verilib . Onların məskunlaşdığı ərazidə qaz, su və elektrik enerjisi sahəsində problemlərinin həlli istiqamətində tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR