Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri beynəlxalq telekommunikasiya konfransında çıxış edib

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri beynəlxalq telekommunikasiya konfransında çıxış edib
# 31 mart 2014 11:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov martın 28-30-da Dubayda (BƏƏ) Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən təşkil olunan ənənəvi «Dünya Telekommunikasiyasının İnkişafı» konfransının açılış sessiyasında iştirak edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, dörd ildən bir keçirilən budəfəki tədbir genişzolaqlı internet və telekommunikasiya xidmətlərinin inkişafına həsr olunub.

Ə.Abbasov plenar sessiyada keçirilən iclasda çıxış edərək, ölkədə bu sahədə həyata keçirilən işlər, o cümlədən, beynəlxalq əhəmiyyətli regional layihələr barədə məlumat verib. TASİM və EPEG layihələrinin beynəlxalq əhəmiyyətindən danışan nazir, təhsildə İKT-nin inkişafından da söz açıb.

Qeyd edək ki, sözügedən tədbirə ITU-ya üzv olan 36 ölkədən nazirlər və 2 000-ə yaxın nümayəndə qatılıb.

Konfrans aprelin 10-dək davam edəcək və sonda bəyannamə qəbul olunacaq.

Tədbir çərçivəsində Ə.Abbasov İran, Polşa, Misir və Uqandanın sektor üzrə aidiyyəti nazirləri, həmçinin ITU-nun baş katibi və baş katibin müavini, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin rəsmiləri ilə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR