Ombudsman Almaniyanın və Niderlandın Azərbaycandakı səfirlərini qəbul edib

Ombudsman Almaniyanın və Niderlandın Azərbaycandakı səfirlərini qəbul edib
# 07 mart 2014 13:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Haydrun Tempeli qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən ombudsman fəaliyyətində insan hüquqları üzrə maarifləndirmə işinin geniş yer tutduğunu, əhalinin müxtəlif qruplarının, o cümlədən qadınların, uşaqların və ahılların hüquq düşüncəsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə önəm verdiyini və bu istiqamətdə mütəmadi tədbirlər keçirildiyini vurğulayıb.

Mətbuat xidmətindən verilən məlumata görə, Elmira Süleymanova Niderland Krallığının Azərbaycandakı səfiri Robert Gabriyelseni də qəbul edib. Həmin görüşdə çıxış edən E. Süleymanova Ombudsman Aparatının gördüyü işlər barəsində qonağa məlumat verib.

Görüşdə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR