Xələf Xələfov İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidentini qəbul edib - FOTO

Xələf Xələfov İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidentini qəbul edib - <span style="color: red;">FOTO
# 14 mart 2014 14:35 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda səfərdə olan İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serrakkianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, X.Xələfov qonaqları salamlayaraq, Azərbaycan tərəfinin İtaliya ilə münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, ölkəmizin İtaliyanın regionları ilə birbaşa münasibətlərin qurulmasında maraqlı olduğunu qeyd edib.

D.Serrakkiani Azərbaycana səfərindən məmnunluğunu bildirərək, təmsil etdiyi regionun Azərbaycanla bir çox sahələrdə, o cümlədən enerji, ətraf mühitin mühafizəsi, təhsil, səhiyyə və sənaye sahələrində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Nazir müavini Xələf Xələfov qeyd olunan sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR