BMT ali komissarı ATƏT Daimi Şurasının diqqətini qaçqın və məcburi köçkünlərin problemlərinə yönəldib

BMT ali komissarı ATƏT Daimi Şurasının diqqətini qaçqın və məcburi köçkünlərin problemlərinə yönəldib
# 20 fevral 2014 12:34 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Balkanlar və Cənubi Qafqazdakı münaqişələrdən sonra Avropada məcburi köçkünlərlə bağlı problem həll olunmamış qalmaqdadır.

APA-nın məlumatına görə, bunu BMT-nin qaçqınlar məsələsi üzrə ali komissarı Antonio Quterreş bəyan edib.

Bu gün Vynada ATƏT Daimi Şurasının iclasında çıxış edən A.Quterreş diqqəti qaçqın və məcburi köçkünlərlə bağlı problemlərə yönəldib. “Yalnız siyasi iradə və tələb olunan resurslar məcburi köçkün olan minlərlə insanın problemini həll edə bilər”, - deyə o vurğulayıb.

A.Quterreş qaçqın və məcburi köçkünlərin müdafiəyə ehtiyac duyduqlarını qeyd edib.

Ali komissar Suriyada qaçqınlarla bağlı mövcud problemə də toxunub. O, digər ölkələrdə sığınan suriyalı qaçqınlara yardım göstərilməsinin vacibliyini vurğulayıb.

A.Quterreşin çıxışını şərh edən ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer də qeyd edib ki, Qərbi Balkanlar, Orta Asiya və Cənubi Qafqazda məcburi köçkünlərlə bağlı mövcud problem narahatlıq doğuran məsələdir. “Ali komissarın ofisi (UNHCR) 2010-cu ilin iyununda etnik zəmində baş vermiş toqquşmalardan əziyyət öz evlərini tərk etmək məcburiyyətində qalmış 170 min nəfərin reinteqrasiyası ilə bağlı Qırğızıstan hökumətinə yardım göstərməkdə davam edir. Gürcüstan və Azərbaycanda da həll olunmamış münaqişələr nəticəsində xeyli sayda məcburi köçkün var. Onların təhlükəsizliyin bərpa olunması uğrunda mübarizəsi bu münaqişələrin tezliklə həllinin zəruriliyini göstərir”, - deyə D.Baera vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR