Azərbaycanın iqtisadiyyat və sənaye naziri Mangistau vilayətinin akimi ilə görüşüb - FOTO

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Mangistau vilayətinin akimi ilə görüşüb - <span style="color: red;">FOTO
# 28 fevral 2014 13:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Qazaxıstanın Mangistau vilayətinin akimi Alik Aydarbayevlə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri - Azərbaycanın kənd təsərrüfatı məhsullarının Qazaxıstanın qərb rayonlarına ixracı və bunun üçün müvafiq logistika mərkəzinin, xüsusi iqtisadi zonaların yaradılması sahəsində Qazaxıstan təcrübəsinin öyrənilməsi müzakirə olunub. Həmçinin, Azərbaycan və Qazaxıstan şirkətlərinin birgə layihələrdə iştirak imkanları, investisiya layihələrinə dair məlumat mübadiləsi, iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi üçün biznes forum, təqdimat və sərgilərin keçirilməsinin davam etdirilməsi, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Ş.Mustafayev iki ölkə arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, siyasi-iqtisadi əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb: «Ölkələr arasında əlaqələrin genişlənməsində parlamentlərarası işçi qrupları, Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya da uğurla fəaliyyət göstərir. İki ölkə arasında müqavilə-hüquq bazası yaradılıb, indiyədək təkcə iqtisadi sahədə 20-dən çox sənəd imzalanıb. Azərbaycanda 50-dən çox Qazaxıstan kapitallı şirkət qeydiyyatdan keçib. Qazaxıstanda isə sənaye, tikinti, kənd təsərrüfatı, ticarət və s. sahələrdə 300-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir».

Görüşdə nazir Azərbaycan iqtisadiyyatı, qazanılmış iqtisadi nailiyyətlər, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı layihələr, eləcə də yaradılmış müasir istehsal və emal müəssisələri barədə də məlumat verib.

Mangistau vilayətinin akimi A.Aydarbayev ölkəsində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, ölkəsinin dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Azərbaycana səfər çərçivəsində Qazaxıstan nümayəndə heyəti bir sıra görüşlər keçirib, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin fəaliyyəti ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR