TQDK ilk-peşə ixtisas təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin attestasiyasını açıqlayıb

TQDK ilk-peşə ixtisas təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin attestasiyasını açıqlayıb
# 11 mart 2014 16:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilk-peşə ixtisas təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) haqqında məlumat yayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2012-ci ildən etibarən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) komissiya tərəfindən aparılır.

Bir sıra fənlər üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün TQDK tərəfindən buraxılış imtahanı keçirilir. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında təhsilalanlara təklif olunan mövzu üzrə Azərbaycan və ya rus dilində inşa (esse) yazması tələb olunur. Təhsilalanlara müstəqil mühakimə yürütmək bacarığını nümayiş etdirməyə imkan verən ictimai, iqtisadi və mədəni həyata aid hadisə və proseslər, təhsil, peşə seçimi, ətraf mühit, mənəvi dəyərlər, eləcə də respublikamız və görkəmli şəxsiyyətlərimiz haqqında mövzular təklif olunur. Yazı işi şagirdin oxuduğu bölmədən asılı olaraq Azərbaycan dili və ya rus dilində yerinə yetirilməlidir. Yazı işi şagirdin qiymətləndirilməsi zamanı mübahisəli hallar yarandıqda qiymətləndirilir və ondan əlavə meyar kimi istifadə edilir. Yazı işi meyarlara görə “məqbul” və ya “qeyri-məqbul” qiymətlə qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR