İndoneziyanın şərqində 5 bal gücündə zəlzələ baş verib

İndoneziyanın şərqində 5 bal gücündə zəlzələ baş verib
# 11 mart 2014 02:26 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanın episentri Molukki əyalətinin Tual şəhərindən 352 km cənub-qərbdə, ocağı isə 114 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı elan olunmayıb.

Yer kürəsinin ən aktiv tektonik plitələri məhz İndoneziya ərazisində yerləşir. Hər il burada 4 baldan yuxarı olan 6-7 min zəlzələ qeydə alınır. 2004-cü ildə isə İndoneziyada baş vermiş güclü zəlzələdə yüz minlərlə insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR