Ötən ay Azərbaycanda 0,4% inflyasiya qeydə alınıb

Ötən ay Azərbaycanda 0,4% inflyasiya qeydə alınıb
# 06 mart 2014 14:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,8% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4% bahalaşıb.

Ay ərzində qarabaşaq yarması, mal və toyuq əti, yumurta, portağal, banan, çuğundur, kartof, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyü, qoyun əti, balıq məhsulları, kolbasa məmulatları, kərə yağı, zeytun və günəbaxan yağları, limon, naringi, alma, armud, heyva, nar, qoz, fındıq, şabalıd, göyərti, kələm, kök, soğan, sarımsaq, şəkər, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR