Meksikanın İberoamerikano Universitetində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTO

Meksikanın İberoamerikano Universitetində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - <span style="color: red;">FOTO
# 26 fevral 2014 07:54 (UTC +04:00)

Bakı - APA. Meksikanın İberoamerikano Universitetinin beynəlxalq əlaqələr fakültəsinin Yaxın Şərq və Qafqaz Araşdırmaları bölməsində “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir zamanı səfir İlqar Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsinin nəticələrindən bəhs edən məlumat xarakterli prezentasiya ilə çıxış edib.

Qeyd edilib ki, Xocalıda baş vermiş soyqırım hadisəsi ermənilər tərəfindən 200 ildən artıq müddət ərzində azərbaycanlılara qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlər sırasından yalnız biridir. İ.Muxtarov bununla əlaqədar olaraq Azərbaycan torpaqlarının işğalı tarixindən danışıb, Xocalı soyqırımı zamanı insanlığa qarşı cinayətlərdən və baş vermiş dəhşətli faktlardan danışaraq, Ermənistan tərəfindən törədilmiş soyqırımın təfərrüatları və nəticələri barədə məlumat verib.

Səfir bildirib ki, ermənilər “dənizdən dənizə böyük Ermənistan” yaratmaq barədə təcavüzkar və uydurma ideyalarına əsasən, keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-ci ildən etibarən ölkəmizə qarşı ərazi iddiaları irəli sürüb və bunun nəticəsi olaraq Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal edilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin törətdiyi soyqırımı nəticəsində 613 nəfərin həyatına son qoyulub, itkin düşmüş 150 nəfərin taleyi isə indiyədək məlum deyil.

Azərbaycanın işğal edilmiş ərazilərində xalqımızın mədəni irsinə qarşı Ermənistan tərəfindən həyata keçirilməkdə davam edən cinayətlər, məscidlərin, digər mədəni və tarixi abidələrin məhv edilməsi faktları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Səfir vurğulayıb ki, bu günədək Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər cəzasız qalıb və beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş hadisələrin tanınması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Artıq bir neçə ölkənin parlamentlərində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərarlar qəbul edilib. Bu istiqamətdə dünyada ilk dəfə olaraq Meksika Konqresində Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımına dair qətnamələrin qəbul edilməsi ilə əlaqədar səfir Meksika Konqresinə xüsusi minnətdarlığını ifadə edib.

Tədbir zamanı iştirakçılara səfirlik tərəfindən ispan dilində hazırlanan sənədli film nümayiş olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR