İranda hərbi manevr başlayıb

İranda hərbi manevr başlayıb
# 28 fevral 2014 16:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda yeni hərbi manevr keçirilir.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, “Beytül Müqəddəsə doğru” adı verilmiş hərbi təlim fevralın 27-də İranın Xorasan Rəzəvi vilayətinin mərkəzi Məşhəd şəhərində 30 min “bəsici”nin iştirakı ilə başlayıb.

Manevrdə əsasən yüngül silahlardan istifadə edilir. Məqsəd “bəsici”lərin böhranlı vəziyyətlərlə bağlı bacarıqlarının artırılması, onlar arasında müxtəlif sahələrdə koordinasiyanın keyfiyyətinin yaxşılaşdırılması və sairdir. Təlim iki gün müddətinə İranın Xorasan Rəzəvi vilayəti ilə yanaşı, daha beş vilayətdə - Tehran, Simnan, Qum, Şimali Xorasan və Cənubi Xorasanda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR