Krımda “Berkut” xüsusi təyinatlı milis dəstəsinin 9 əməkdaşına Rusiya pasportu verilib

Krımda “Berkut” xüsusi təyinatlı milis dəstəsinin 9 əməkdaşına Rusiya pasportu verilib
# 01 mart 2014 18:48 (UTC +04:00)

Bakı-APA. Ukraynanın “Berkut” xüsusi təyinatlı milis dəstəsinin Krım bölməsinin 9 əməkdaşına Rusiya pasportu verilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Simferopoldakı baş konsulluğunun mətbuat xidmətinin nümayəndəsi Yevgeniya Kaplunenko bildirib.

“Bu günlük sənədləşmə işi yekunlaşıb”, deyə o bildirib. Onun sözlərinə görə, Rusiyanın Simferopoldakı baş konsulluğuna “Berkut” xüsusi təyinatlı milis dəstəsinin döyüşçülərindən Rusiya vətəndaşlığının alınması ilə bağlı çoxlu zənglər və məktublar daxil olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR