Gənc azərbaycanlı pianoçu Toğrul Hüseynli Almaniyada silsilə solo konsert verəcək - FOTO

Gənc azərbaycanlı pianoçu Toğrul Hüseynli Almaniyada silsilə solo konsert verəcək - <span style="color: red;">FOTO
# 28 fevral 2014 16:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Apreldə gənc azərbaycanlı pianoçu Toğrul Hüseynlinin Almaniyanın Köln şəhərində silsilə solo konserti keçiriləcək.

T.Hüseynlinin APA-ya verdiyi məlumata görə, ilk konsert Köln Ali Musiqi Məktəbində Almaniyadakı Azərbaycan Tələbə Şəbəkəsi tərəfindən təşkil ediləcək: “Sonrakı konsertlər Köln Ali Musiqi Məktəbinin dəstəyi ilə keçiriləcək. Konsertlərdə Azərbaycan, Rus və Avropa bəstəkarlarından əsərlər səslənəcək”.

Qeyd edək ki, T.Hüseynli hazırda Köln Ali Musiqi Məktəbində təhsil alır. O, Almaniya, Gürcüstan, Belarus və Latviyada keçirilən beynəlxalq festivallarda müxtəlif mükafatlara layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR