Qubada maşın ağaca çırpılaraq ikiyə bölünüb - FOTOSESSİYA - VİDEO

Qubada maşın ağaca çırpılaraq ikiyə bölünüb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 22 fevral 2014 07:10 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunun Quba rayonunun Vəlvələçay kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonu istiqamətində hərəkətdə olan 1981-ci il təvəllüdlü, Xaçmaz rayonunun Xudat şəhər sakini Ağayev Elşən Yafət oğluna məxsus 27 BD 742 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb. Yol kənarındakı ağaclara çırpılan avtomaşın ikiyə bölünüb.

Qəza nəticəsində sürücü Elşən Ağayev ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR