Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var - VİDEO

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 15 fevral 2014 09:31 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Ötən gecə Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Gəncə sakini 27 yaşlı Bayram Hüseynov idarə etdiyi “Mitsubishi” markalı avtomobil şəhər sakini, 28 yaşlı Ruslan Nağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Zərbənin təsirindən “Mitsubishi” aşaraq yolun kənarındakı işıq dirəyini aşırıb. Nəticədə sürücü və sərnişin - 25 yaşlı Günay Hüseynova müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. “Mercedes” markalı avtomobilin sürücüsü isə avtomobili tərk edərək hadisə yerindən qaçıb. İlkin ehtimallara görə, qəzaya səbəb avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR