Moskva vilayətində ağır cinayətlər törətməkdə ittiham olunan iki azərbaycanlı yaxalanıb

Moskva vilayətində ağır cinayətlər törətməkdə ittiham olunan iki azərbaycanlı yaxalanıb
# 21 fevral 2014 08:20 (UTC +04:00)

APA-nın Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qrup üzvləri Moskva vilayətində soyğunçuluq məqsədilə basqınlar törətməkdə, o cümlədən Dedovsk şəhərində mobil rabitə salonuna, Dedovsk rayonunda şəxsi evə, eləcə də bank şöbəsinə basqın etməkdə ittiham olunurlar.

Aparılan operativ tədbirlər nəticəsində qrup üzvlərindən biri “Vnukovo” hava limanında, digəri isə Moskvada müvəqqəti yaşadığı evdə yaxalanıb. Onların adları açıqlanmır. Bu şəxslərin Moskva regionunda törədilmiş digər cinayətlərdə rolunun olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR